Monika Belluççinin qızı reklama çəkildi


Digərləri 09 Apr 2019 20:07:00 372 0

Monika Belluççinin qızı reklama çəkildi

Neçə illərdir ki, 54 yaşlı Monika Belluççi "Dolce & Gabbana" italyan brendi ilə sıx əməkdaşlıq edir.

Son.az Publika.az-a istinadən xəbər verir ki, indi də bu ənənəni onun 14 yaşlı qızı Deva Kassini davam etdirmək qərarına gəlib. Bu günlərdə qızcığaz ilk reklam kampaniyası üçün İtaliyada, Ravello küçələrində kamera qarşısına keçib.

Kadrarxası görüntülər sosial şəbəkələrdə yayılıb. Reklam kampaniyasının digər təfərrüatı hələlik məlum deyil. Bu şəkilləri görən izləyicilər qeyd edib ki, qızı anası Monika Belluççiyə bənzəyir, şübhəsiz ki, onu model biznesində daha böyük gələcək gözləyir.


Xəbərə aid fotolar