ARDNF 2018ci il üzrə gəlirliliyinin aşağı olması ilə bağlı xəbərləri şərh etdi


Digərləri 09 Apr 2019 19:44:00 259 0

ARDNF 2018ci il üzrə gəlirliliyinin aşağı olması ilə bağlı xəbərləri şərh etdi

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2018-ci il üzrə gəlirliliyinin aşağı olması ilə bağlı xəbərləri şərh edib.

Son.az bildirir ki, ARDNF-dən Trend-ə verilən məlumata görə, Hesablama Palatası haqqında Qanuna, ARDNF-nin fəaliyyətini tənzimləyən normativ qanunvericiliyə uyğun olaraq Hesablama Palatası tərəfindən hər il ARDNF-nin büdcə layihəsinə, habelə büdcəsinin icrası barədə hesabata rəy verilir.

Dövlət Neft Fondunun Müşahidə Şurası tərəfindən ARDNF-nin büdcə layihəsinə, eləcə də büdcəsinin icrası barədə hesabata rəy verərkən Hesablama Palatasının rəyi nəzərə alınır. Eyni zamanda Hesablama Palatası tərəfindən mütəmadi olaraq ARDNF-nin audit tədbirləri həyata keçirilir ki, Fondun büdcə layihəsinə, büdcəsinin icrasına dair Hesablama Palatasının rəyləri və audit hesabatları Palatanın internet səhifəsində yerləşdirilir.

Eyni zamanda nəzərə çatdırırıq ki, Hesablama Palatası tərəfindən ARDNF-nin 2018-ci il büdcəsinin icrasına dair analitik fəaliyyət üzrə tədbir keçirilmiş və bu tədbirin nəticələri qısa zamanda açıqlanacaqdır.

ARDNF əvvəlki açıqlamasına uyğun olaraq Fondun 2018-ci il üzrə gəlirliliyinin aşağı olmasına dair bir daha aşağıdakıları bildirir: