“Quran”da adı keçən nadir quş Lənkəranda tapıldı


Digərləri 09 Apr 2019 19:49:00 244 0

“Quran”da adı keçən nadir quş Lənkəranda tapıldı

Lənkəranda Əbabil quşu tapılıb. 

Son.az Oxu.az-a istinadən xəbər verir ki, çox nadir hallarda rast gəlinən əbabil quşları Lənkəranda yaşayan Rzayevlər ailəsinin evinə daxil olublar. 

Ev sahibi Elmira Rzayeva deyir ki, bu quşlar əvvəllər də tək halda onların evinə gəliblər. Amma sonuncu dəfə üç əbabil quşu evin daxilindəki pilləkənlərdə oturaq halda gözə dəyiblər. 

Quşların uçmadığını görən ev sahibi onları qutuda saxlamaq qərarına gəlib. Lakin quşlar evə gəldikləri günün səhəri otaqlarda qanad açıb uçmağa başlayıblar. 


Xəbərə aid fotolar