12 partiya maliyyə hesabatını təqdim etməyib


Siyasət 09 Apr 2019 19:34:00 204 0

12 partiya maliyyə hesabatını təqdim etməyib

Azərbaycanda 12 siyasi partiya 2018-ci il üzrə maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməyib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu MSK katibi Mikayıl Rəhimov komissiyanın bu gün keçirilən iclasında deyib.

M.Rəhimovun sözlərinə görə, hesabat təqdim etməyən siyasi partiyaların 6-nın sədri dünyasını dəyişib. O qeyd edib ki, həmin partiyalardan ikisinin partiya üzvləri hesabatı təqdim etsələr də, sədrin imzası olmadığından qəbul edilməyib: "Digər siyasi partiyalarla isə əlaqə saxlamaq mümkün olmayıb".

MSK katibi əlavə edib ki, bu həftənin sonuna qədər proses yekunlaşacaq və bu barədə Ədliyyə Nazirliyinə məlumat veriləcək.