Hikmət Hacıyev BMT-nin Cenevrə ofisinin rəhbəri ilə görüşüb (FOTO)


Digərləri 09 Apr 2019 19:20:00 208 0

Hikmət Hacıyev BMT-nin Cenevrə ofisinin rəhbəri ilə görüşüb (FOTO)

Hikmət Hacıyev BMT-nin Cenevrə ofisinin rəhbəri Mikayel Moller ilə görüşüb.

Bakı. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BMT-nin Cenevrə ofisinin rəhbəri Mikayel Moller ilə görüşüb. Trend-in məlumatına görə, görüşdə Azərbaycan və BMT arasında əməkdaşlıq, ölkəmizin Dayanıqlı inkişaf məqsədlərini həyata keçirməsi, Azərbaycanın Qoşulmama hərəkatına sədrliyi barədə müzakirələr aparılıb. H.Hacıyev həmsöhbətə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi və ölkəmizin mövqeyi barədə məlumat verib.