2025-ci ilə qədər 31 DOST mərkəzi yaradılacaq (FOTO)


Digərləri 09 Apr 2019 18:57:00 237 0

2025-ci ilə qədər 31 DOST mərkəzi yaradılacaq (FOTO)

Regional forumda DOST konsepsiyası, bölgələrdə yaradılacaq DOST mərkəzləri barədə məlumat verilib

Bakı. Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyi və “DOST” mərkəzlərinin yaradılması işləri davam edir. DOST layihəsi Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünün nəticəsi olmaqla, əmək, məşğulluq, sosial müdafiə və təminat sahələrində xidmətlərin “bir pəncərə”dən operativlik, şəffaflıq, nəzakətlilik prinsipləri əsasında təqdim edilməsinə imkan verəcək. ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, bunu DOST Agentliyinin Təhlil və statistika departamentinin direktor müavini Şahin Zülfüqarov Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə Ağstafa rayonunda keçirilən “Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda III regional forumdakı çıxışında bildirib.