Məhkumun evindən silah-sursat götürülüb


Digərləri 09 Apr 2019 18:29:28 199 0

Məhkumun evindən silah-sursat götürülüb

Fakt üzrə Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis şöbəsi tərəfindən araşdırma aparılır.

Bakı. Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində Respublikanın hüquq-mühafizə orqanları ilə əməkdaşlığı davam edir. Penitensiar Xidmətindən Trend-ə verilən məlumata görə, xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının və Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən həbs edilmiş Abbasov Heybət Həsən oğlunun əvvəllər yaşadığı Bakı şəhəri Binəqədi qəsəbəsi ərazisində yerləşən evə baxış keçirilən zaman zirzəmidə gizlətdiyi bir ədəd odlu silah - “IJ” markalı, 16 kalibrlı tüfəng və beş ədəd patron aşkar edilərək götürülüb. Fakt üzrə Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis şöbəsi tərəfindən araşdırma aparılır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin