Ekspert: "Opinion Way"in sorğusu göstərdi ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin fəaliyyətini, apardığı islahatları yüksək qiymətləndirir"


Siyasət 09 Apr 2019 18:17:00 204 0

Ekspert: "Opinion Way"in sorğusu göstərdi ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin fəaliyyətini, apardığı islahatları yüksək qiymətləndirir"

Fransanın "Opinion Way" şirkətinin Azərbaycan Prezidenti İlham Əliyevin son bir ildəki fəaliyyəti ilə bağlı açıqladığı geniş rəy sorğusunun nəticələri bir tərəfdən ölkəmizi daha dərindən tanıdan əhatəli sənəd kimi dəyərlidir, digər tərəfdən, Prezidentin daxili və xarici siyasətinin Azərbaycan xalqı tərəfindən necə diqqətlə izlənilməsinin sübutu kimi əhəmiyyətlidir.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

A.Quliyevin sözlərinə görə, sorğunun nəticələri göstərdi ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin son bir ildəki fəaliyyətini, apardığı islahatları yüksək qiymətləndirir: "Rəyi soruşulanların 80 faizdən çoxunun Azərbaycandakı möhkəm və davamlı sabitliyi Prezidentin fəaliyyətinin birbaşa nəticəsi hesab etməsi sübut edir ki, ölkəmizdəki sabitliyin dayağı həqiqətən də xalq-prezident birliyidir: "Bu fakt dünyaya bir daha nümayiş etdirir ki, dövlət başçısının fəaliyyəti cəmiyyət tərəfindən anlayış və dəstəklə qarşılananda güclü sabitləşdirici faktora çevrilir. Fikrimcə, Fransa şirkətinin Azərbaycanın timsalında ortaya çıxardığı bu həqiqət davamlı sabitlik axtaran başqa ölkələr üçün də əhəmiyyətli təcrübə nümunəsi olacaq. Sorğunun nəticələri təsdiqləyir ki, korrupsiya kimi ağır və çətin problemlə mübarizədə Prezidentin hüquqi-direktiv və islahatyönümlü fəaliyyəti ciddi nəticə verir və cəmiyyətimizin diqqətini cəlb edə bilir. Sorğunun nəticələri Azərbaycandakı prosesləri dəyərləndirən bir sıra beynəlxalq agentliklərin indiyədək bəyan etdikləri reytinq göstəricilərinin də real olduğunu təsdiqləyir. Sorgu bir daha təsdiqlədi ki, Azərbaycan Prezidentinin xüsusilə son bir ildə həyata keçirdiyi geniş sosial müdafiə paketi həqiqətən cəmiyyətimizin gözlədiyi və böyük dəyər verdiyi fəaliyyət istiqamətlərindən biridir".

Ekspertin fikrincə, rəyi soruşulanların 90 faizə yaxın hissəsinin xarici siyasət barədə gəldiyi vahid qənaət bir daha sübut edir ki, Azərbaycanın xarici siyasəti xalqımızın ən ümdə problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllini əsas hədəf kimi qarşıya qoyub və Azərbaycan xalqı Prezident İlham Əliyevin bu istiqamətdə siyasətini tam dəstəkləyib: "Dövlətimizin xarici siyasətinin tamamilə müdafiə edilməsi Prezident İlham Əliyevin Ermənistanın pozucu bəyanatlarının və süründürməçi danışıqlar taktikasının sonadək ifşa efilməsi istiqamətində atdığı addımların birbaşa nəticələridir. Bu o deməkdir ki, cəmiyyətimiz dövlət başçısının diplomatiyasının münaqişənin həllinə addım-addım yaxınlaşdığını görür və buna qiymət verir. Bu cəhətdən sorğu həm də dünyaya bir mesajdır ki, Azərbaycan xalqı Prezidentin siyasətinə dəstək mövqeyindən çəkilməyəcək".

A.Quliyev əlavə edib ki, sorğu Azərbaycan regionlarının inkişafı ilə bağlı görülmüş işlərin ictimai rəydə möhkəm iz buraxdığını da sübut edir: "Prezident İlham Əliyevin artıq 4-cü dövlət proqramının icrasına başlaması, əvvəlki proqramları uğurla icra etməsi və regionlara saysız-hesabsız səfərlər edərək yerli sakinlərlə görüşlər keçirməsi reallıqda öz nəticəsini göstərib. Sorğunun əlamətdar xüsusiyyətlərindən biri də odur ki, xalqımız bütün bunların həm də Prezidentin kadr islahatlarının nəticəsi kimi dəyərləndirdi. Fransa şirkətinin sorğusu Prezidentin fəaliyyətinin tarixi əhəmiyyətli olduğunu bir daha təsdiqlədi. Sübut olundu ki, davamlı sabitlik üzərində geniş islahatları, korrupsiya ilə mübarizəni, regionların dinamik inkişafını, yeni iqtisadi modelə keçidi bir arada toplaya bilən lider həqiqətən də seçkiqabağı vədləri yüksək səviyyədə doğrultmaq nümunəsi yarada bilər və bildi - Azərbaycan Prezidentinin etdiyi kimi".