Yanğından zərər çəkmiş 89 sahibkarın bank hesabına maddi yardım köçürülüb


Digərləri 09 Apr 2019 18:17:00 242 0

Yanğından zərər çəkmiş 89 sahibkarın bank hesabına maddi yardım köçürülüb

Yanğından zərər çəkmış sahibkarlara maddi yardımın ödənilməsi prosesi davam edir

Bakı. Artıq 778 min manat məbləğındə maddi yardım "Diqlas" ticarət mərkəzindəki yanğında zərər çəkmiş 89 sahibkarın bank hesabına köçürülüb. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, aprelin 4-dən Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərər çəkmış sahibkarlara maddi yardımın göstərilməsi ilə bağlı sənədlərin qəbuluna başlanılıb. İndiyədək 219 sahibkarın maddi yardımla bağlı ərizəsi qəbul edilib və İşçi Qrupu tərəfindən 161 sahibkara 1146 min manat ödənilməsi qərara alınıb.