Müğənnilər pullarını nəyə xərcləyirlər?


Şou-biznes 09 Apr 2019 17:54:00 267 0

Müğənnilər pullarını nəyə xərcləyirlər?

"X maqazin" bu dəfə müğənnilərdən qazandıqları pulları nəyə xərclədiqlərini soruşub. 

Son.az axşam.az-a istinadən ifaçıların cavablarını təqdim edir: Əməkdar artist Elza Seyidcahan "Pulumu planla xərcləmirəm. Kimə, hara qismətdi ona da gedir" cavabını verib. Müğənni Şəbnəm Tovuzlu isə bildirib ki, daha çox kürlərə pul xərcləyir: "Çox pul xərcləyənəm. Qızıl alıram, amma taxmıram. Bir də kürkə pul verməyə dəyər. 17 ədəd kürküm var, hamısına da yaxşı pul vermişəm".  Meyxanaçı Namiq Qaraçuxurlu isə "Aylıq məvaciblərə gedir pulum. Yaxınlarımın, əzizlərimin problemini həll etməyə gedir" deyib.   Rəqqasə Renka isə bütün pullarını rəqs paltarlarına xərclədiyini açıqlayıb.  Müğənni Elnarə Xəlilova isə geyimə çox pul verməyi sevmədiyini söyləyib: "Ayaqqabıma 50 manat pul vermişəm, çünki geyinməliyəm. Amma məni öldürsələr də ondan artıq pul vermərəm. Onsuz yerə dəyir. Amma əyləncəyə nə qədər desəniz, pul xərcləyərəm". Müğənni Emil Bədəlov "Ailəmin xərcləri var, onlara gedir" sözlərini deyib.  Müğənni Gülay Zeynallı "Xərcim ən çox geyimlərə gedir. Çanta və ayaqqabı çox alıram" deyə, əlavə edib.  Müğənni Dilarə Kazımova "Geyimə xərcləyirəm. Çox bahalı geyimləri sevirəm" deyə, açıqlamasında qeyd edib.