Reperin konserti 28 saniyə çəkdi


Digərləri 09 Apr 2019 17:44:00 190 0

Reperin konserti 28 saniyə çəkdi

Amerikalı reper Ar Kelli konsert verib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, lakin onun konserti 28 saniyə çəkib.

Belə ki, ifaçı konsert zamanı yalnız mahnılarından birini 28 saniyə züm-zümə edib.

O, daha sonra izləyiciləri ilə söhbətləşməyə və rəqs etməyə başlayıb.

Qeyd edək ki, reper fevral ayında 1990-cı ildən 2000-ci ilədək dörd qadını cinsi istismar etdiyinə görə ittiham edilib. Bu qızların üçünün həddi-buluğa çatmaması onun 900 min dollar cərimə ödəməsinə səbəb olub. O, 100 min dollar ödəyərək, zaminliyə çıxıb.