MSK yeni İşçi Qrup yaradıb


Siyasət 09 Apr 2019 17:39:00 257 0

MSK yeni İşçi Qrup yaradıb

Mərkəzi Seçki Komissiyası (MSK) yeni İşçi Qrup yaradıb.

Son.az Trend-ə istinadən bildirir ki, bununla bağlı qərar MSK-nın bu gün keçirilən iclasında verilib.

İşçi Qrup Respublikaçı Alternativ təşəbbüs qrupunun (ReAL) bir neçə qanun layihəsi ilə bağlı Milli Məclisə təqdim etdiyi 41500 imzanı yoxlayacaq.

MSK-nın katibi Arifə Muxtarova bildirib ki, İşçi Qrup imzaların düzgünlüyünü və seçki yaşına çatmış Azərbaycan vətəndaşlarına aid olmasını yoxlayacaq.

İşçi Qrupun tərkibində Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri və Daxili İşlər Nazirliyinin mütəxəssisləri yer alacaq. MSK üzvü Etibar Əliyev isə İşçi Qrupun əlaqələndiricisi təyin olunub.

Proses yekunlaşdıqdan sonra İşçi Qrupun rəyləri və protokolu Milli Məclisə göndəriləcək.