İranlı deputatlar parlamentin iclasına hərbi formada gəldilər


Dünya 09 Apr 2019 16:54:00 319 0

İranlı deputatlar parlamentin iclasına hərbi formada gəldilər

Aprelin 9-da İran İslam Şurası Məclisinin (parlament) nümayəndələri plenar iclasa hərbi formada gəliblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bununla da İran parlamentinin nümayəndələri ABŞ-ın İran İslam İnqilabının Keşikçiləri Korpusunu (Sepah) xarici terror təşkilatları siyahısına salmasına etirazlarını bildiriblər. "Sepah"ın hərbi formasını geyib iclasa gələn deputatlar bəyan ediblər ki, İran parlamenti "Sepah"ı dəstəkləyir və hər zaman onun yanında olacaq. İran ordusunun əsasını təşkil edən "Sepah" regionda terrora qarşı mübarizədə əsl qəhrəmanlıq nümayiş etdirib.