3 yaşlı Zeynalabidinin yaşaması üçün yardıma ehtiyacı var


Digərləri 09 Apr 2019 16:34:00 233 0

3 yaşlı Zeynalabidinin yaşaması üçün yardıma ehtiyacı var

Onu xərçəngin çəngindən qurtarmağa kömək edin!

3 yaşlı Əliyev Zeynalabidin Babək oğlu leykoz xəstəliyindən (qan xərçəngi) əziyyət çəkir. Lakin onun tam müalicə olunması üçün ailəsinin kifayət qədər maddi imkanı yoxdur.

Yaxınlarının Son.az-a verdiyi məlumata görə, 6 aya yaxındır ki, uşaq Azərbaycanda müalicə alır və yalnız kənardan edilən yardımların hesabına onu həyatda saxlamaq mümkün olub. Xəstəliyin indiki mərhələsində xəstəyə sümük iliyinin köçürülməsi zərurəti yaranıb. İranda, Təbriz şəhərində həyata keçiriləcək əməliyyata 8000 manat məbləğində vəsait lazımdır. Lakin Zeylabidinin ailəsinin bu xərci qarşılamağa maddi imkanı yoxdur.

3 yaşlı körpənin həyatda qalmasını istəyənlər aşağıdakı vasitələrlə onun ailəsinə yardım edə bilərlər:

1. "Milli Ön" terminalları vasitəsilə

2. "Cash In" bankomatları vasitəsilə ("Cash to Card")

3. "Bir Kart" mobil aplikasiyası vasitəsilə ("Card to Card")

4. Kapital Bankın terminalları vasitəsilə

5. Birbaşa hesaba mədaxil etməklə (banka müraciət etməklə)


Xəbərə aid fotolar