Ramin Hacılı azadlığa çıxıb


Digərləri 09 Apr 2019 16:33:00 204 0

Ramin Hacılı azadlığa çıxıb

Sərhədi qanunsuz şəkildə keçmək istədiyinə görə həbs olunan Ramin Hacılı azadlığa çıxıb.

Bakı. Ceyhun Ələkbərov - Sərhədi qanunsuz şəkildə keçmək istədiyinə görə həbs olunan Ramin Hacılı azadlığa çıxıb. Trend-in məlumatına görə, o, bu barədə öz "Facebook" səhifəsində bildirb. R.Hacılı azadlıqda olan fotosunu paylaşaraq "azadlıqdayam, hər şey yaxşı olacaq" sözlərini yazıb. Qeyd edək ki, 2018-ci ilin 4 iyun tarixində DSX-nin sərhəd qoşunlarının Zaqa­tala sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən Bala­kən rayo­nu­nun Mazımqara kəndinin yaxınlığın­dakı sərhəd zasta­va­sı­nın xid­mə­ti ərazisində dövlət sərhə­dinin po­zulmasının qarşısı alınıb. Belə ki, həmin tarixdə sərhəd naryadı tərəfindən dövlət sərhədində 2 nəfər Azər­baycan Res­pub­likası vətəndaşı – 1983-cü il tə­vəllüdlü Hacılı Ramin Rasim oğlu və 1988-ci il təvəllüdlü Qa­sı­mov Fəx­rəddin Azad oğlu saxlanılıblar.