Azərbaycan kartof idxalından imtina etməyi planlaşdırır


Digərləri 09 Apr 2019 16:21:00 196 0

Azərbaycan kartof idxalından imtina etməyi planlaşdırır

Azərbaycan kartof idxalından tamamilə imtina etməyi planlaşdırır.

Son.az bildirir ki, bunu Trend-ə Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Bəşir Quliyev deyib.

O qeyd edib ki, 2018-ci ilin sentyabr-oktyabr aylarında kartof idxalına gömrük rüsumu dərəcəsi artırılıb və bunun hesabına yerli istehsalçılar öz məhsulunu sata bilib:

"Bu gün bu sahəyə böyük maraq var və investisiyalar qoyulur. Lazımi şərait yaradılır, məhsulun saxlanması üçün anbarlar tikilir".