“Abbasın bir neçə əmlakı mənim adımadır”


Digərləri 09 Apr 2019 16:28:00 191 0

“Abbasın bir neçə əmlakı mənim adımadır”

Əməkdar artist Abbas Bağırovun köməkçisi, dələduzluqda təqsirləndirilən Orxan Mehrəliyevin məhkəməsi keçirilib. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, O.Mehrəliyev ifadə verərək deyib ki, A.Bağırovla birgə işləyib: "Abbasın bir neçə əmlakı da mənim adımadır. Qarajı isə mən 15 min 500 manata həkimdən almışdım. Abbas qarajı onun yeznəsi Emilin adına keçirməyimi istədi, 15 min 500 manat pulumu verəcəyi dedi. Mən əvvəl qarajı etibarnamə ilə Emilin adına keçirdim, sonra ləğv etdim. Əgər mən dələduz olsaydım, Abbasın digər əmlaklarını ələ keçirərdim. Onun bahalı avtomobili də məndə idi. Abbas toylara 4 min 500 manata gedirdi. Digər epizodlarla bağlı onu deyim ki, mən nə Maman Nadirovadan, nə də Xətai Yusubovdan pul almışam".

Proses aprelin 16-da davam etdiriləcək.