Deputat: "Dağlıq Qarabağ münaqişəsi qadınlara ağır yük olub"


Siyasət 09 Apr 2019 16:13:00 192 0

Deputat: "Dağlıq Qarabağ münaqişəsi qadınlara ağır yük olub"

Dağlıq Qarabağ münaqişəsi qadınlara da ağır yük olub.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyasında deyib.

O xatırladıb ki, Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması nəticəsində bir milyon insan qaçqın və məcburi köçkün oldu ki, onlardan da böyük əksəriyyəti qadın və uşaqlardır. Müharibə və zorakı köçürülmə qadınların çiynində ağır yükə çevrilib. Ölüm və zorakılıqla qarşı-qarşıya qalan qadınlar həm də iqtisadi və sosial ziyan kimi dolayı nəticələrdən də əziyyət çəkib. Qaçqın və məcburi köçkün qadınlar müxtəlif səbəblərdən yaranmış fiziki və psixoloji travmaların öhdəsindən gəlməli olublar".

S.Qafarova əlavə edib ki, bu baxımdan Azərbaycanda qaçqın qadınlar üçün iqtisadi və sosial xidmətlərdən istifadə imkanlarının genişlənməsi, təhsil və ixtisasartırma kursları kimi məsələlərə böyük diqqət ayrılır.

Son.az