2 uşaq atası xəstəxananın həyətində 17 yaşlı qızın bakirəliyini pozdu və...


Digərləri 09 Apr 2019 15:34:00 264 0

2 uşaq atası xəstəxananın həyətində 17 yaşlı qızın bakirəliyini pozdu və...

Şəmkirdə yetkinlik yaşına çatmayan qıza təcavüz etməkdə təqsirli bilinən 1986-cı il təvəllüdlü Rafiq Babayevin (cinayət işi üzrə adı keçən şəxslərin ad və soyadları şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Publika.az-a istinadən xəbər verir ki, 2016-ci il mayın 9-da Rafiq Babayev Şəmkir şəhəri, Səməd Vurğun küçəsində yerləşən keçmiş Komsomol parkının ərazisində fəaliyyət göstərən "Borçalı" kafesindəki dostları ilə birlikdə içki məclisində olub.

Daha sonra sərxoş olan Rafiq Babayev parkın ərazisində çay içib, dostlarından ayrılıb. O, sərxoş vəziyyətdə Şəmkir rayon uşaq poliklinikasında epilepsiya xəstəsi olan 1999-cu il təvəllüdlü Səidə Səlimovanı parkda tək olduğunu görüb.

Bu zaman Rafiq Səidəyə yaxınlaşıb və onunla söhbət edib. Söhbət zamanı Rafiq onun yetkinlik yaşına çatmamasını və əqli inkişafdan geri qalmasını bilib.

Rafiq Məmmədov əvvəlcə Səidəni "Borçalı" kafesinə gətirib, ona yemək alıb. Həmin vaxt Rafiq Səidə ilə cinsi əlaqədə olmaq niyyətinə düşüb.

Sonra Rafiq Səidəni kafedə qoyub və işlətdiyi internet kluba gəlib. Orada qonşuluqda yaşayan Elxan Əliyevə internet kluba nəzarət etməsini tapşırıb və oradan pul götürüb, yenidən kafeyə qayıdıb.

Rafiq Səidə üçün sifariş etdiyi yeməyin pulunu ödəyib, sonra qızı keçmiş Komsomol parkının yaxınlığındakı Səlim Məmmədovun işlətdiyi ərzaq mağazasına aparıb.

Mağazadan Səidəyə yarım litrlik "Fanta" şirəsi, 2 ədəd saqqız, 1 ədəd 40 qəpiklik günəbaxan tumu və dondurma alıb.

Daha sonra o, Səidə ilə cinsi əlaqədə olmaq və seksual xarakterli digər zorakılıq hərəkətləri etmək məqsədilə onu Şəmkir rayon mərkəzi xəstəxanasının qarşısına gətirib.

Rafiq xəstəxananın giriş darvazasına çatmamış mühafizəçinin onları görməməsi üçün ümumi qapıdan deyil, kənarında yerləşən kiçik qapıdan içəri keçib. O, qızı həyətdəki çardağın altına gətirib.

Orada Rafiq niyyətini həyata keçirmək istəyən zaman Səidə etiraz edib. Səidə bakirə olmasını bildirib və cinsi əlaqəyə girməkdən imtina edib.

Amma Rafiq Səidənin bu etirazına məhəl qoymayıb və cinsi ehtirasını təmin etmək məqsədilə sonucunu əli ilə üzü dəmir məhəccərə doğru əyib, onunla həm təbii, həm də qeyri-təbii yolla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Rafiq Məmmədovun barəsində Cinayət Məcəlləsinin 149.2.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsi zorlama) və 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər etmə) maddələri ilə ittiham elan edilib.

"Əqli problemi olmasını hiss etdim"