Elnarə "Space" haqqında


Şou-biznes 09 Apr 2019 15:38:00 281 0

Elnarə "Space" haqqında

Məşhur müğənni Elnarə Xəlilova Rüfət Axundovla Rəşad İlyasovun "Space" kanalının "Hər səhər" verilişində nalayiq ifadələr işlətməsinə münasibət bildirib.

Son.az publika.az-a istinadən xəbər ki, müğənnilik fəaliyyəti ilə yanaşı radio və televiziya aparıcılığı ilə məşğul olan ifaçı həm aparıcılara, həm də sənət nümayəndələrinə dəstək olub. Onun sözlərinə görə, heç kəs efirdə baş verən gözlənilməz olaylardan sığortalanmayıb:

"Günlərdir düşünürdüm ki, yazım, ya yazmayım. Nəhayət, qərar verdim ki, haqqı yazam. Doğrudur, bu elə məsələlərdəndir ki, desəm öldürəcəklər, deməsəm ölləm. Amma ölmək ölməkdir, xırıldamaq nəyə lazım? Çox uzatmayacam. Əgər Rəşad İlyasov və Rüfət Axundov bilsəydilər ki, efirdə eşidilirlər, onlar söyüş söyərdimi? Tarix Əliyev bilsəydi ki, onu gizlin çəkib göstərəcəklər çəkilişdə söyüş söyərdimi? Xoşqədəm Baxşəliyeva bilsəydi ki, onun efirə getməyən kadrlarını sonra yayacaqlar elə danışardımı? Mənim də başıma gəlib. Aparıcı Zaur və Günay da şahiddir. Efirdə olduğumu bilmirdim. Və efirə heç vaxt deməyəcəyim sözləri dedim. Demək ki, bundan heç kim heç vaxt sığortalanmayıb.