Nardaranda yenə silah tüfəng, tapança, xəncərlər


Digərləri 09 Apr 2019 15:11:00 227 0

Nardaranda yenə silah  tüfəng, tapança, xəncərlər

DİN Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Xudaverdiyevin yaşadığı evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evin zirzəmisindən 1 ədəd luləsi və qundağı kəsilmiş "İJ-57" markalı ov tüfəngi, 1 ədəd idman tapançası və 4 ədəd xəncər aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Pünhan Mirzə Son.az