"Niyə Azərbaycan qadınını başdanxarab kimi göstərirsiniz?"


Kriminal 09 Apr 2019 14:57:00 61 0

"Niyə Azərbaycan qadınını başdanxarab kimi göstərirsiniz?"

Əvvəl əxlaqı olan rejissorlar var idi. Əmi, dayı rol oynamırdı. Rejissorlara demək istəyirəm ki, peşə əxlaqı olsun. O, mənim dostumdur, rolu o, oynamalıdır etməsinlər. Peşə əxlaqı və istedadı olan insanlar bu cür hərəkət etməməlidirlər. Bizdə əvvəl qabaqda xalq, arxada əməkdar artistlər otururdu. Xalq artisti tanıyıram ki, heç əməkdar artist səviyyəsində deyil.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri xalq artisti Nurəddin Mehdixanlı "5-ci element" verilişində deyib. Aktyor özünü mərhum Səməndər Rzayevlə müqayisə edib: "Səməndər Rzayev 41 yaşında öləndə "əməkdar artist" idi. Mən indi xalq artistiyəm, 63 yaşım olacaq, amma Səməndər Rzayevin etdiyinin 20 faizini etməmişəm. Bu reallıqdır, bunu deməklə özümü kiçiltmirəm. Aktyor yaşadığı cəmiyyətdən bir addım irəlidə olmalıdır.   Heç kimi aşağılamıram. Sadəcə, işimə məsuliyyətlə yanaşıram. Aktyor var ki, son on ildə bir pyes oxumayıb. Ancaq gəlir öz rolunun sözlərini götürür, tamaşadan sonra isə hər şeyi atır qrim otağına gedir. Onlar tanışlıqla gələnlərdir". Mehdixanlı aparıcı Ranar Musayevin "Digər işlərinin ardınca gedir. Acından ölməlidir" sözlərinə əsəbiləşib: "Onda zəhmət çəksin getsin başqa iş görsün. Mən niyə acından ölmürəm? Bu gün mən seriallarda ömrünü, gününü puç edənlərdən deyiləm. Qarşımdakı insandan da məsuliyyət tələb edirəm. Mənim tamaşam varsa, səhər 9-dan işdə oluram. 11-də geyimim otağa gəlməlidir. Tamaşaya 5 dəqiqə qalmış mən səhnə arxasındayam. Üç dəfə Allah deyib çıxıram səhnəyə. Bir vaxtlar deyirdilər aktyor ac qalmalıdır. Bunu deyənlərin özü acından ölmürdü. İşinə ciddi yanaşan acından ölmür. Sənət yaratmaq üçün çalışmaq, ağlamaq lazımdır".  Aktyor bu sənətə təsadüfi gələnləri qınayıb: "Avropalıların bizdən fərqi bilirsiz nədir: "Yüz ölç, bir biç" atalar sözü bizdədir, əməl edənlər avropalılardır. Seçimi düzgün etməlisən. Təsadüfi gəlib incəsənətə düşənlərə yazığım gəlir. Onlar gəlib teatrlarda hansısa istedadlının yerini tuturlar, iddiaları dağ boyda. Amma onların yalançı xoşbəxtliyinin üstündən xətt çəkiləcək. Hər kəs bir gün peşman olacaq.  Niyə biz bu gün Azərbaycan qadınını dəli, başdanxarab, ərinin üstünə qışqıran, qapazlayan, kişisini mağmun, dəli, ailə qədri bilməyən, tufeyli kimi göstəririk. Belə deyil axı. Bütün millətin taleyində bunlar var. Amma başqaları nəyi, biz nəyi göstəririk. Niyə biz iki azərbaycanlı rus dilində danışırıq? Gedib 2 həftə İstanbulda gəzirik, gəlib "gəliyorum, gediyorum" deyirik. Ölkə başçısı teatrlara pul ayırdı. Maaşlar qalxdı. Sponsorlar çıxdı, teatrlara əlavə paralar verdi. Bu paralar teatr rəhbərlərinin dam örtüyünü, işıq pulunu ödəmək üçün deyil, yeni tamaşalar hazırlamaqdan ötrüdür".

Sılanın döyməsi səsküy yaratdı like
  • 09 Apr 14:53  
Şou-biznes Sılanın döyməsi səsküy yaratdı

Sıla yeni döyməsi ilə hər kəsin diqqətini cəlb edib.

arrow Ətraflı
AKP: Seçkilərin saxtalaşdırılması ilə bağlı yeni faktlar var like
  • 09 Apr 14:51  
Dünya AKP: Seçkilərin saxtalaşdırılması ilə bağlı yeni faktlar var

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası İstanbulda təkrar bələd

arrow Ətraflı
Bakıda avtoservisdən “Mercedes” qaçırılıb like
  • 09 Apr 14:50  
Digərləri Bakıda avtoservisdən “Mercedes” qaçırılıb

Aprelin 8-də Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə müraciət edən Bakı

arrow Ətraflı
Elina intiharı: məktəbdən uzaqlaşdırılan direktorla bağlı yeni iddia like
  • 09 Apr 14:45  
Digərləri Elina intiharı: məktəbdən uzaqlaşdırılan direktorla bağlı yeni iddia

8-ci sinif şagirdinin intiharı ilə əlaqədar araşdırma müddətində vəzi

arrow Ətraflı
Hakim partiya: Seçkilərin saxtalaşdırılması ilə bağlı yeni faktlar var like
  • 09 Apr 14:44  
Digərləri Hakim partiya: Seçkilərin saxtalaşdırılması ilə bağlı yeni faktlar var

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası İstanbulda təkrar bələd

arrow Ətraflı
Yalan rəyə görə 250450 manat arası cərimə gözləyir like
  • 09 Apr 14:40  
Digərləri Yalan rəyə görə 250450 manat arası cərimə gözləyir

Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəl

arrow Ətraflı
Tacikistanda yük maşını aşdı - 5 ölü like
  • 09 Apr 14:39  
Digərləri Tacikistanda yük maşını aşdı - 5 ölü

Tacikistanın cənubundakı Xatlon vilayətində yük maşınının qəzaya uğr

arrow Ətraflı
ƏlBəşirə qarşı nümayişlər: like
  • 09 Apr 14:39  
Dünya ƏlBəşirə qarşı nümayişlər:

Sudanda 30 ildir hakimiyyət başında olan və Darfurda törədilmiş soyqırı

arrow Ətraflı
Bakıdakı Avropa Liqasının finalında tarixi nailiyyət qeydə alına bilər like
  • 09 Apr 14:34  
İdman Bakıdakı Avropa Liqasının finalında tarixi nailiyyət qeydə alına bilər

Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının finalın

arrow Ətraflı
Əmək və əhalinin sosial müdafiəsi naziri İctimai Şuranın üzvləri ilə görüşüb like
  • 09 Apr 14:27  
Digərləri Əmək və əhalinin sosial müdafiəsi naziri İctimai Şuranın üzvləri ilə görüşüb

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlik yanında

arrow Ətraflı
Buraxılış imtahanlarının sualları sosial şəbəkələrdə YAYILDI like
  • 09 Apr 14:27  
Digərləri Buraxılış imtahanlarının sualları sosial şəbəkələrdə YAYILDI

Məlum olduğu kimi, aprelin 7-də Dövlət İmtahan Mərkəzi (DİM) Bakı, Ş

arrow Ətraflı
“BMW” 3 piyadanı vurdu like
  • 09 Apr 14:25  
Digərləri “BMW” 3 piyadanı vurdu

Goranboyda yolu keçmək istəyən 3 nəfəri maşın vurub. 

arrow Ətraflı