“Azəriqaz” abonentləri aldadan şəxslərlə bağlı xəbərdarlıq yaydı FOTO


Digərləri 09 Apr 2019 14:30:00 201 0

“Azəriqaz” abonentləri aldadan şəxslərlə bağlı xəbərdarlıq yaydı  FOTO

https://az.trend.az/business/3043766.html

"Azəriqaz" İstehsalat Birliyi abonentlərini aldadan şəxslərlə bağlı xəbərdarlıq yayıb.

Birlikdən Son.az-a verilən məlumata görə, son günlər Bakı şəhərinin müxtəlif ünvanlarında, əsasən də Yasamal rayonu ərazisində özünü "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşı kimi təqdim edən şəxs və ya şəxslər mənzillərdə quraşdırılmış smart-kart tipli qaz sayğaclarının üzərinə vurulmuş xüsusi nömrəli plombun yenilənməsi, batareyasının dəyişdirilməsi və ya smart kartların "vaxtının keçməsi" kimi məsələləri bildirərək həmin "problemlərin" aradan qaldırılması üçün vətəndaşlardan müəyyən miqdarda pul tələb edir.