“Diqlas”da 86 sahibkarın malı artıq çıxarılıb


Digərləri 09 Apr 2019 14:13:00 239 0

“Diqlas”da 86 sahibkarın malı artıq çıxarılıb

Yanğın baş verən "Diqlas" ticarət mərkəzindən 86 sahibkarın malları artıq çıxarılıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu sözləri iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

Hadisə yerində olan S.Məmmədov bildirib ki, artıq 3 gündür köç prosesi başlayıb:

"Bildiyiniz kimi, yanğın hadisəsi Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən nəzarətə götürülmüşdü. Hazırda mallar ticarət mərkəzindən çıxarılır. İndiyə qədər 86 sahibkarın malları çıxarılıb. Hər bir çıxan mal aktlaşdırılır, yararlı mallar akt əsasında sahibkara təqdim olunur, zərər dəymiş mallar isə xüsusi ayrılmış anbara göndərilərək qiyməti dəqiqləşdirilir".