Beşiktaş 22 il əvvəlki nəticəsini təkrarladı


İdman 09 Apr 2019 14:16:00 235 0

Beşiktaş 22 il əvvəlki nəticəsini təkrarladı

Goal.az xəbər verir ki, bu nəticə İstanbul klubu üçün bir sıra məqamlarla əlamətdar olub.

Beşiktaş Türkiyə Super Liqasının 27-ci turu çərçivəsində qarşılaşdığı Rizespor-la səfər oyunundan 7:2 hesablı qələbə ilə ayrılıb.

Belə ki, “qara qartallar” 16 il sonra rəsmi oyunda 7 qola imza atıb. Sözügedən komanda sonuncu dəfə 7 qola 2002/03 mövsümündə, 2003-cü ilin 2 martında Göztepe ilə ev oyununda sevinmişdi – 7:3.

Beşiktaş-ın sonuncu dəfə səfərdə 7 qol vurması isə 22 il əvvələ təsadüf edirdi. “Qara qartallar” 1997/98 mövsümündə (1997-ci il, 22 noyabr) Vanspor-la səfər oyununda 7:1 hesablı qələbəyə sevinmişdi.

Beşiktaş hazırda 50 xalla Super Liqada 3-cü pillədə qərarlaşıb.