"2018ci ildə 90 milyon manat vəsait səmərəsiz xərclənib"


Digərləri 09 Apr 2019 13:47:00 201 0

"2018ci ildə 90 milyon manat vəsait səmərəsiz xərclənib"

Hesablama Palatasının 2018-ci ildə apardığı nəzarət tədbirləri nəticəsində 90 milyon manat vəsaitin səmərəsiz xərcləndiyi aşkar edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin plenar iclasında Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatın müzakirələrində parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

O bildirib ki, dövlət büdcəsinə bərpa edilən vəsaitlərin yaranma mənbələri üzrə strukturda vergi və s. ödəmələr 38,4%, digər istiqamətlər 19,8%, tikinti xərcləri üzrə 17,4%, satınalmalar üzrə xərclər isə 10,7% təşkil edib: