Xırdalanda bıçaqlanan 33 yaşlı kişi xəstəxanada öldü


Kriminal 09 Apr 2019 13:49:00 195 0

Xırdalanda bıçaqlanan 33 yaşlı kişi xəstəxanada öldü

Abşeron rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb

.

Hadisə Xırdalan şəhəri, Əlişir Nəvai küçəsində baş verib.

Şəhər sakini, 1986-cı il təvəllüdlü Quliyev Təhmasib Nəriman oğlu naməlum şəxslər tərəfindən bıçaqlanıb.

Son.az bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 7-də saat 21 radələrində Xırdalan şəhəri ərazisindən Cəbrayıl rayon sakini T.Quliyevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.