Ziyad Səmədzadə: 2018-ci ildə 90 milyon manat vəsait səmərəsiz xərclənib


Digərləri 09 Apr 2019 13:40:00 186 0

Ziyad Səmədzadə: 2018-ci ildə 90 milyon manat vəsait səmərəsiz xərclənib

Hesablama Palatasının 2018-ci ildə apardığı nəzarət tədbirləri nəticəsində 90 milyon manat vəsaitin səmərəsiz xərcləndiyi aşkar edilib.

Bakı. Elçin Mehdiyev – Hesablama Palatasının 2018-ci ildə apardığı nəzarət tədbirləri nəticəsində 90 milyon manat vəsaitin səmərəsiz xərcləndiyi aşkar edilib. Trend-in məlumatına görə, bunu Milli Məclisin plenar iclasında Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatın müzakirələrində parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.