Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın 10 milyonuncu sakininin ailəsinə mənzil hədiyyə etdilər


Siyasət 09 Apr 2019 13:31:59 446 0

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın 10 milyonuncu sakininin ailəsinə mənzil hədiyyə etdilər

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 9-da Respublika Perinatal Mərkəzində Azərbaycanın 10 milyonuncu sakini Mehriban Həsənovanın valideynləri Rauf Həsənov və Nigar Ocaqova ilə görüşüblər.

Görüşdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ailəyə mənzil hədiyyə etdilər.

Dövlət başçısı mənzilin çıxarışını uşağın atasına təqdim etdi.

Prezident İlham Əliyev qeyd etdi ki, uşağın hesabına vəsait də köçürülür və digər hədiyyələri də təqdim etdi.