Təranə Səmədovanın məhkəməsi təxirə salındı


Şou-biznes 09 Apr 2019 13:17:00 185 0

Təranə Səmədovanın məhkəməsi təxirə salındı

İki qadını fahişəliyə cəlb etməkdə təqsirləndirilən tanınmış prodüser Təranə Səmədovanın bu gün yenidən hakim qarşısına çıxarılması bildirilmişdi. 

Son.az axşam.az-a istinadən bildirir ki, Ali Məhkəmədə keçirilən məhkəmə təxirə salınıb. Növbəti iclas mayın 7-nə planlaşdırılıb.

Təranə barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Qeyd edək ki, T.Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi başlanıb. O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb.