Pele evə buraxıldı


İdman 09 Apr 2019 13:04:00 222 0

Pele evə buraxıldı

Braziliyalı əfsanəvi futbolçu Pele bir neçə gün əvvəl yerləşdirildiyi xəstəxanadan evə buraxılıb.

Goal.az-ın "Globo"ya istinadən verdiyi məlumata görə, bir neçə gün əvvəl Peledə yoluxucu xəstəliyin ağırlaşması qeydə alınıb. Dünya futbolunun 79 yaşlı əfsanəsinin yalnız bir böyrəyinin olması da narahatlığa səbəb olub. O, xəstəxanada müalicəsini başa vurub.

Futbolçu bildirib ki, xəstəxanadan sonra evə yola düşəcək. Lakin o, tezliklə yenidən Fransanın paytaxtı Parisə qayıda biləcəyinə ümid edir.

Qeyd edək ki, Pele bir neçə gün əvvəl Fransanın paytaxtında xəstəxanaya yerləşdirilib. O, PSJ-nin oyunçusu Kilian Mbappe ilə görüşdükdən sonra oteldən xəstəxanaya aparılıb.