Millət vəkili: "Büdcəni mənimsəyənlər qanun qarşısında ciddi şəkildə cavab verməlidirlər"


Digərləri 09 Apr 2019 13:02:00 220 0

Millət vəkili: "Büdcəni mənimsəyənlər qanun qarşısında ciddi şəkildə cavab verməlidirlər"

Hesablama Palatası işini elə səviyyədə qurmalıdır ki, büdcədən maliyyələşən qurumların ayrılan vəsaiti mənimsəməsinə imkan verilməsin

. Dəfələrlə Milli Məclisdə mənimsənilən vəsaitlərin geri qaytarılması ilə bağlı məsələ müzakirə olunsa da, bu cür hallara hələ də son qoyulmur.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentinin bu gün keçirilən iclasında Hesablama Palatasının hesabatının müzakirəsi zamanı deyib.

O bildirib ki, dövlət büdcəsinə neqativ yanaşmaların qarşısının alınması barədə düşünmək lazımdır: "Bir sıra sahələr üzrə nöqsanlar göstərilsə də, çıxarılan nəticə o qədər də ürəkaçan deyil".

F.Ağamalı qeyd edib ki, Bakı şəhərində mənzil istismar sahələri, eləcə də yaşıllaşdırma idarələri tərəfindən vəsait büdcəyə geri qaytarılıb. Amma nədənsə onların rəhbərlərinə irad bildirilməyib: "Niyə bizdə büdcə vəsaitlərini mənimsəyən qurum rəhbərləri vəzifədən çıxarıldıqdan sonra onların biznesləri, var-dövləti haqqında mətbuatda geniş materiallar yayılır? Hesab edirəm ki, bütün bunlar qabaqcadan araşdırılmalı, hüquq-mühafizə orqanlarına təqdim olunmalıdır. Büdcəni mənimsəyənlər qanun qarşısında ciddi şəkildə cavab verməlidirlər".