MSK Ərdoğanın tələbini qəbul etmədi


Dünya 09 Apr 2019 13:04:00 219 0

MSK Ərdoğanın tələbini qəbul etmədi

Türkiyə Mərkəzi Seçki Komissiyası (MSK) keçirilən bələdiyyə seçkilərinin İstanbul üzrə nəticələri ilə bağlı yekun qərarını açıqlayıb.

 

Son.az oxu.az-a istinadən xəbər verir ki, MSK hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bütün səslərin yenidən hesablanması tələbini qəbul etməyib. 

Bununla bağlı məlumat verən AKP-nin MSK üzrə nümayəndəsi Rəcəb Özəl bildirib ki, qərara əsasən, İstanbuldakı 32 rayondan 21-dəki seçki məntəqələrində olan 51 qutudakı səslər yenidən hesablanacaq. 

O bildirib ki, hazırda səs fərqi 14 min 604-dür.