Milli Məclis Hesablama Palatasının hesabatını qəbul etdi


Digərləri 09 Apr 2019 13:08:00 188 0

Milli Məclis Hesablama Palatasının hesabatını qəbul etdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının hesabatı müzakirəyə çıxarılıb.

Bakı. Elçin Mehdiyev – Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının hesabatı müzakirəyə çıxarılıb. Trend-in məlumatına görə, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov hesabat verərək yoxlamalar nəticəsində aşkar olunan nöqsalar haqqında məlumat verib. O qeyd edib ki, Hesablama Palatasının apardığı yoxlamalar nəticəsində büdcə qanunvericiliyi, mühasibət uçotu, dövlət satınalmaları üzrə daha çox pozuntuların olduğu müəyyənləşib. V.Gülməmmədov bildirib ki, nöqsanlara yol vermiş şəxslərə qarşı cəza tədbirləri görülüb. Palata sədri bildirib ki, Milli Məclisin komitəsində ilk dəfə olaraq illik hesabatını təqdim edir. O qeyd edib ki, hesabat ilində audit tədbirləri nəticəsində 714 nöqsan qeydə alınıb. Hesabat ilində dövlətə dəyən ziyan büdcəyə qaytarılıb: "Son 5 ildə 69,5 milyon manat büdcəyə, 2.2 milyon manat təşkilatlara, 2,6 milyon manat isə sosial müdafiə fonduna qaytarılıb. Ümumilikdə isə 72,1 milyon manat ziyan bərpa edilib". Qeyd edək ki, hesabatda həmçinin bir sıra təkliflər irəli sürülüb. Hesablama Palatası ünvanlı sosial yardımın verilməsi müddətinin azaldılmasını təklif edir. Təkliflərdə qeyd edilir ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna əsasən, sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur.