Eldar Qasımov homoseksuallara dəstək çıxdı


Şou-biznes 09 Apr 2019 12:36:00 207 0

Eldar Qasımov homoseksuallara dəstək çıxdı

Müğənni Eldar Qasımov ''Mtv Azərbaycan''ın ''3 canlı'' proqramında qonaq olub və homoseksuallarla bağlı sualı cavablayıb.

Son.az shownews.az-a istinadən xəbər verir ki, Azərbaycana "Eurovision" qalibiyyəti qazandıran Eldar homoseksuallara dəstək çıxıb:

''Azərbaycanlıların avropalılara qərəzli münasibəti var. Elə bilirlər ki, Avropa əxlaqsızdır, ora ancaq homoseksuallardan ibarətdir. Onlarda insandır. Öz həyat tərzləri var. Necə istəyirlər, yaşayırlar. Mən onlara pis baxmıram".