Azərbaycan Beynəlxalq Bankı 1ci Bakı Kouçinq və Liderlik Konfransına dəstək verdi


Digərləri 09 Apr 2019 12:09:00 267 0

Azərbaycan Beynəlxalq Bankı 1ci Bakı Kouçinq və Liderlik Konfransına dəstək verdi

"Bulvar Hoteldə" 1-ci Bakı Kouçinq və Liderlik Konfransı keçirilib. ALPHA Coaching & Consulting şirkətinin təşkilatçılığı, Beynəlxalq Kouç Federasiyası, Azərbaycan-Amerika Ticarət Palatası və Azərbaycan Banklar Assosiasiyasının tərəfdaşlığı ilə "İndi dəyişiklik zamanıdır" devizi altında təşkil olunan konfransa Azərbaycan Beynəlxalq Bankı da dəstək göstərib. 

Azərbaycan Beynəlxalq Bankının Baş direktoru Aynur Süleymanlı bildirib ki, dünyanın qabaqcıl şirkətləri kouçinqdən geniş şəkildə istifadə edirlər: "Bu, qurumdaxili ab-havanın yaxşılaşdırılması, korporativ mədəniyyətin möhkəmləndirilməsi, əməkdaşların motivasiya və performanslarının yüksəldilməsi üçün dəyərli bir alətdir. Azərbaycan Beynəlxalq Bankının 1-ci Bakı Kouçinq və Liderlik Konfransına dəstəyi də bu tədbirin cəmiyyətimiz üçün əhəmiyyətindən, ölkəmizin biznes mühitinə müsbət faydalarından irəli gəlir".

Tədbirin təşkilatçısı ALPHA Coaching & Consulting şirkətinin qurucusu, Beynəlxalq Kouçinq Federasiyasının assosiativ üzvü Fidan Əzimli bildirib ki, kouçinq - müasir iş dünyasının yüksələn trendidir: "O, müsbət dəyişikliklər və faydalı öyrənmə üçün əvəzsiz fürsətlər yaradır. 1-ci Bakı Kouçinq  və Liderlik Konfransı da ölkəmizdə bu sahədə maraqlı bir ənənənin əsasını qoydu".


Xəbərə aid fotolar