Dieqo Kostanın cəzası müəyyənləşdi


İdman 09 Apr 2019 11:48:00 228 0

Dieqo Kostanın cəzası müəyyənləşdi

Goal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, braziliyalı futbolçu 8 oyunluq cəza ala bilər. 

Atleticonun hücumçusu Dieqo Kostanın İspaniya La Liqasının 31-ci turunda Barcelona ilə qarşılaşdıqları oyunda aldığı qırmızı vərəqənin cəzası məlum olub.

Barcelona ilə oyunun 27-ci dəqiqəsində hakimin qərarına etiraz edən Kosta, daha sonra referinin anasını təhqir edib. Qırmızı vərəqə alan braziliyalı hücumçunun 8 oyun cəza alacağı bildirilir.

Barcelona Atletico-nu 2:0 hesabıyla məğlub edib.