Bu il 22,7 mindən çox gəncə peşəyönümü məsləhətləri verilib (FOTO)


Digərləri 09 Apr 2019 12:08:00 195 0

Bu il 22,7 mindən çox gəncə peşəyönümü məsləhətləri verilib (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən orta ümumtəhsil məktəblərində gənclər üçün peşəyönümü tədbirləri davam etdirilir.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən orta ümumtəhsil məktəblərində gənclər üçün peşəyönümü tədbirləri davam etdirilir. Nazirlikdən Trend-ə verilən məlumata görə, cari ilin birinci rübündə keçirilən bu tədbirlər zamanı 22 min 735 gəncə əmək bazarında mövcud vəziyyət və tələb olunan peşə və ixtisaslar barədə məlumatlar verilib. Müsahibə və testlər keçirilməklə, onların müxtəlif peşə və ixtisas sahələri üzrə maraq və bacarıqları müəyyən edilib. Bu əsasda, habelə əmək bazarının tələblərinə uyğun düzgün peşə seçiminə dəstək məqsədilə gənclərə məsləhət xidmətləri göstərilib.