Namiq yenidən əməliyyat olunacaq


Şou-biznes 09 Apr 2019 11:55:00 183 0

Namiq yenidən əməliyyat olunacaq

Meyxanaçı Namiq Qaraçuxurlunun səhhətində problem yaranıb. 

Son.az axşam.az-a istinadən bildirir ki, sənətçi bu haqda "X maqazin"ə açıqlamasında deyib. O bildirib ki, son günlər tez-tez xəstələnir: "Səhhətim bezdirib məni. Xəstəlik gedir-gəlir. Xəstəlik gəldi, sağaldım, yenə başladı".   Bir neçə il əvvəl ayağı sınan Namiq yenidən əməliyyata ehtiyacı olduğunu deyib: "Əsa ilə gəzirəm. Arada yaxşılaşmışdım. Uzun yol getdim, maşını özüm sürdüm. Sonra gəlib bağda işlədim, ayağım yenidən ağrıdı. Mayda əməliyyat olunacam, ayağımdakı dəmirlər çıxarılacaq".