Bu uşaq da itkin düşüb FOTO


Digərləri 09 Apr 2019 11:56:00 202 0

Bu uşaq da itkin düşüb  FOTO

Bakıda 11 yaşlı uşaq itkin düşüb.

Uşağın anası Xəyalə Mehdiyeva qafqazinfo-ya açıqlamasında bildirib ki, 2008-ci il təvəllüdlü Mehdiyev Nihad Nahid oğlu 3 gün öncə, aprelin 7-də yaşadığı Sabunçu rayonu, Aydınbəyov küçəsində yerləşən evdən çıxıb və bir daha geri qayıtmayıb. Onun əynində ağ boğazlı köynək və idman şalvarı olub.

Valideynləri işdə olduğu zaman Nihad nənəsi ilə birgə evdə olub. Lakin səhər saatlarında o, nənəsinə demədən evdən gedib. Bir müddət sonra evi axtaran yaşlı qadın nəvəsini tapa bilməyib. N.Mehdiyev 170 saylı orta məktəbin şagirdidir. Polisə də bu barədə məlumat verilib. Nihadın dostları və sinif yoldaşları da ondan xəbərləri olmadığını deyiblər.

N.Mehdiyevi görənlərdən xahiş olunur ki, (055) 349 - 40 - 46 nömrəsinə məlumat versinlər.


Xəbərə aid foto