Əmək müqaviləsində işəgötürən işçinin sağlam və təhlükəsiz əmək şəraitinə təminat verilməsi öhdəliyini göstərməlidir (FOTO)


Digərləri 09 Apr 2019 11:56:00 167 0

Əmək müqaviləsində işəgötürən işçinin sağlam və təhlükəsiz əmək şəraitinə təminat verilməsi öhdəliyini göstərməlidir (FOTO)

Hər bir işçinin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır.

Bakı. Hər bir işçinin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır. İşçi ilə əmək müqaviləsi bağlanarkən də müqavilənin şərtləri qanunvericilikdə nəzərdə tutulan əməyin mühafizəsi normalarının tələblərinə uyğun olmalıdır. Eyni zamanda, əmək müqaviləsində işəgötürən işçinin sağlam və təhlükəsiz əmək şəraitinə təminat verilməsi öhdəliyini göstərməlidir. Trend-in məlumatına görə, bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 5 saylı regional bölməsinin Bakı şəhərində yerləşən “Bakı Gəmiqayırma Zavodu” MMC-də “Əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında keçirdiyi maarifləndirmə tədbirində vurğulanıb.