Şagirdi intihar edən məktəbin direktoru ilə bağlı


Digərləri 09 Apr 2019 11:42:18 236 0

Şagirdi intihar edən məktəbin direktoru ilə bağlı

Bakıda şagirdi intihar edən 162 saylı məktəbin direktoru Sevin Abbasova ilə bağlı yeni faktlar üzə çıxıb

Bakıda şagirdi intihar edən 162 saylı məktəbin direktoru Sevinc Abbasova ilə bağlı yeni faktlar üzə çıxıb.

Son.az bildirir ki, buta.media-nın məlumatına görə, belə ki, intihar edən şagirdə "pozğun ailənin uşağı" damğasını vuran qəhrəman direktorla bağlı bundan öncə də şikayətlər olub.

Belə ki, yerli KİV-də 2019-cu ilin fevral aynda Sevinc Abbasova ilə məcburi köçkün ailəsi arasında qalmaqal yaşanıb. S.Abbasova həmin məktəbdə oxuyan məcburi köçkün Səbahət Mehdiyevanın övladını 9-ci sinif şagirdini mütəmadi olaraq təhqir edib.

Bu dəfə də direktor əxlaq normalarını ortaya ataraq məktəbli qıza bildirib ki, "bəs sən niyə oğlanla bir yerdə oturursan?" 

S.Mehdiyeva məktəb direktorundan şikayət edərək bildirib ki, S.Abbasova onun qızını məktəbdən qovmaq istəyib:

"Qızım əlaçıdır, şərəf lövhəsində də fotosu var. Həmin sinifdəki iyirmi uşağın hamısını direktor gözümçıxdıya salmışdı. Qayınatam Təhsil Nazirliyinə zəng vurdu. Bundan sonra direktor bizimlə düşmən oldu.