“O video Azərbaycan gömrüyündə çəkilməyib”


Digərləri 09 Apr 2019 11:25:00 214 0

“O video Azərbaycan gömrüyündə çəkilməyib”

Sosial şəbəkələrdə bir nəfər sərnişinin gömrük yoxlanışı zamanı səhv aparatdan keçməsi ilə bağlı videogörüntülərin yayımlanması tənqid edilib.

Son.az xəbər verir ki, videodan da göründüyü kimi, sərnişin bilmədən yüklərin yoxlanıldığı aparatdan keçir. Bu zaman prosesə nəzarət edən gömrük əməkdaşları isə vəziyyətə müdaxilə etməyib və gülməyə başlayıblar. Tənqidçilərin bir çoxu isə bu vəziyyətin Azərbaycanda baş verdiyini qeyd edərək videonun yayılmasına görə gömrük əməkdaşlarını tənqid ediblər.

Qafqazinfo məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundovla əlaqə saxlayıb.