Yaşayırıq, yaradırıq, gələcəyə inanırıq! (FOTO)


Digərləri 09 Apr 2019 11:00:00 214 0

Yaşayırıq, yaradırıq, gələcəyə inanırıq! (FOTO)

Xüsusi qayğıya ehtiyacı olan uşaqların bacarıqlarının inkişaf etdirilməsi və onların cəmiyyətə inteqrasiyası hər zaman aktual problemlərdəndir.

Bakı. Xüsusi qayğıya ehtiyacı olan uşaqların bacarıqlarının inkişaf etdirilməsi və onların cəmiyyətə inteqrasiyası hər zaman aktual problemlərdəndir. Bu istiqamətdə artıq ilk addımlar atılsa da, bunun yetərli olmadığını görürük. Bu proqram çox şaxəli olmalıdır. Bu uşaqların sosial müdafiəsinə, cəmiyyətə inteqrasiyasına və bacarıqlarının inkişaf etdirilməsilə bərabər onların valideynləri ilə də işlər aparılmalı və dəstək göstərilməlidir. Müşfiq Əlil Uşaqlara Yardım İctimai Birliyi bu yanaşmanı artıq uzun illərdir ki, tətbiq edir. Reabilitasiya proqramlarının bir hissəsi olaraq yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsinə böyük diqqət yetirilir. Müşfiq mərkəzində olan uşaqlar, müxtəlif teatr festivallarında və şərgilərdə fəal iştirak edirlər. Butün bu proqramlarda tərəfdaş kimi çıxış edən "Holcim Azərbaycan" şirkəti artıq 20 ildir ki, Müşfiq Cəmiyyətini dəstəkləyir. Holcim-ın Korporativ Sosial Məsuliyyət (KSM) strategiyası cəmiyyətdə aktual olan problemlərin həllinə töhfə verməkdir. Şirkət LafargeHolcim-in üzvü olaraq 2022 və 2030 illərdə davamlı inkişaf hədəflərində öz əksini tapmış icmanın və insanların rifahını yaxşılaşdırmağı qarşısına məqsəd kimi qoyub.