Özəlləşməyə 85 dövlət əmlakı çıxarılır VAXT


Digərləri 09 Apr 2019 10:52:00 200 0

Özəlləşməyə 85 dövlət əmlakı çıxarılır  VAXT

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac 7 may tarixində təşkil olunacaq

.

Komitədən Son.az-a verilən məlumata görə, budəfəki hərraca ümumilikdə 85 dövlət əmlakı çıxarılıb. Onlardan 23-ü səhmdar cəmiyyəti, 26-sı kiçik dövlət müəssisə və obyekti, 16-sı qeyri-yaşayış sahəsi, 15-i nəqliyyat vasitəsi, 5-i isə yarımçıq tikilidir.

Dövlətə məxsus səhm paketləri hərraca çıxarılan səhmdar cəmiyyətləri kənd təsərrüfatı, nəqliyyat, təmir-tikinti və digər sahələrə aiddir. Ağcabədi, Ucar, Tovuz və digər bölgələrdə yerləşən dövlət əmlaklarının özəlləşdiriləcək səhm paketləri ümumi səhmlərin 30%-45%-ni təşkil edir.

Kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 12.2 kv.m ilə 11.2 min kv.m arasındadır. Bu dövlət əmlakları paytaxtla yanaşı, Neftçala, Qazax, İmişli, Zaqatala kimi şəhər və rayonlarda yerləşir. Müəssisələr fəaliyyət istiqamətlərinə görə də müxtəlifdir. Belə ki, onlar arasında ticarət obyekti, yardımçı təsərrüfat, anbar, əmlak kompleksi və digər dövlət əmlakları var. Paytaxtın Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsindəki qeyri-yaşayış binasının ümumi faydalı sahəsi 87.4 kv.m-dir. İlkin hərrac qiyməti 11 min 250 manat olan bu obyekt müxtəlif xidmət sahələri üzrə investora gəlir qazandıra bilər.