I rübdə Energetika Nazirliyinin Çağrı Mərkəzinə 548 müraciət daxil olub


Digərləri 09 Apr 2019 10:07:00 163 0

I rübdə Energetika Nazirliyinin Çağrı Mərkəzinə 548 müraciət daxil olub

2019-cu ilin I rübündə Energetika Nazirliyinin Çağrı Mərkəzinə 548 müraciət daxil olub.

Bakı. 2019-cu ilin I rübündə Energetika Nazirliyinin Çağrı Mərkəzinə 548 müraciət daxil olub. Nazirlikdən Trend-ə verilən məlumata görə, müraciətlər əsasən, elektrik enerjisi və qaz təchizatı məsələlərini əhatə edib. Bunların 153-ü enerji təchizatı, 200-ü qaz təchizatı, 9-u elektrik və qaz sayğaclarının quraşdırılması, 7-i istilik sisteminə qoşulma, 26-ı isə digər məsələlərlə bağlı olub. Daxil olan zənglərin 53-nü qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür zəngləri təşkil edib. Hesabat dövründə Çağrı Mərkəzinə Fövqəladə Hallar Nazirliyindən qaz sızması və dəm qazı ilə bağlı 100 zəng daxil olub ki, bu zənglər operativ şəkildə “Azəriqaz” İB-nin 104, 185 və 521-33-44 saylı qaynar xətt nömrələrinə ötürülərək yaranmış vəziyyətlə bağlı məlumat verilib.