Şəkidə taxıl sahələrində sarı ləkə xəstəliyi aşkarlanıb


Digərləri 09 Apr 2019 09:53:00 247 0

Şəkidə taxıl sahələrində sarı ləkə xəstəliyi aşkarlanıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzi ərəfindən Respublika ərazisində müxtəlif xəstəliklərə və zərərvericilərə qarşı fitosanitar müşahidə və mübarizə tədbirləri davam etdirilir.

Mərkəzdən Trend-ə verilən məlumata görə, Şəki rayonunun Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən rayon ərazisindəki payızlıq taxıl sahələrində zərərli orqanizmlərə qarşı fitosanitar müşahidələr aparılır, alaq otlarına və taxıl böcəklərinin sürfələrinə qarşı fermerlər tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Bu günə qədər 42 650 hektar sahədə alaq otlarına qarşı fitosanitar müşahidələr aparılıb, 40 100 hektar sahədə sirayətlənmə aşkar edilib və 32 600 hektar taxıl sahəsində sirayətlənməsi İqtisadi Zərərvurma Həddində (15-20 əd/kv.m) olduğu üçün kimyəvi mübarizə aparılıb.

Fermerlər tərəfindən həyata keçirilən kimyəvi mübarizə tədbirləri zamanı ikiləpəli alaqlara qarşı veeb-super (0.02 kq/ha), wed-killer (1.6-2 l/ha), 2.4 D amin (1.5-2 l/ha), kalamitu (0.015 l/ha), birləpəli alaq otlarına qarşı isə topçup (0.3 l/ha), cowboy (0,2 l/ha), axial (1.0 l/ha) və koropik (0.2 l/ha) herbisidlərindən istifadə edilib.

Taxıl böcəyi sürfələrinə qarşı 580 hektar sahədə fitosanitar müşahidələr aparılıb və 520 hektar sahədə sirayətlənmə aşkar edilib. 460 hektar sahədə zərərverici ilə sirayətlənmə İqtisadi Zərərvurma Həddində (3-4 əd/m2) olduğu üçün fermerlər tərəfindən maestro (0.3 l/ha); valsamba (0.25 l/ha); shaolin (0.02 l/ha), siperkor (0.4 l/ha) desis (0.3 l/ha), korumakor (1.5 l/ha) insektisidlərindən istifadə olunmaqla, kimyəvi mübarizə aparılıb.


Xəbərə aid fotolar