Özəlləşməyə 85 dövlət əmlakı çıxarıldı - VAXT


Digərləri 09 Apr 2019 09:58:46 232 0

Özəlləşməyə 85 dövlət əmlakı çıxarıldı - VAXT

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac 7 may tarixində təşkil olunacaq.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac 7 may tarixində təşkil olunacaq. Komitədən Trend-ə verilən məlumata görə, budəfəki hərraca ümumilikdə 85 dövlət əmlakı çıxarılıb. Onlardan 23-ü səhmdar cəmiyyəti, 26-sı kiçik dövlət müəssisə və obyekti, 16-sı qeyri-yaşayış sahəsi, 15-i nəqliyyat vasitəsi, 5-i isə yarımçıq tikilidir. Dövlətə məxsus səhm paketləri hərraca çıxarılan səhmdar cəmiyyətləri kənd təsərrüfatı, nəqliyyat, təmir-tikinti və digər sahələrə aiddir. Ağcabədi, Ucar, Tovuz və digər bölgələrdə yerləşən dövlət əmlaklarının özəlləşdiriləcək səhm paketləri ümumi səhmlərin 30%-45%-ni təşkil edir.