Tripolidə toqquşmalar nəticəsində ölənlərin sayı 51ə çatıb


Dünya 09 Apr 2019 08:53:00 219 0

Tripolidə toqquşmalar nəticəsində ölənlərin sayı 51ə çatıb

Tripolidə feldmarşal Xəlifə Həftarın Liviya Milli Ordusu və beynəlxalq cəmiyyət tərəfindən tanınmış Milli Həmrəylik Hökumətinin qoşunları arasında toqquşmalar davam edir.

Son.az Trend-ə istinadən bildirir ki, toqquşmalar nəticəsində ölənlərin satı 51 nəfərə çatıb. Onların arasında dinc vətəndaşların da olduğu bildirilir.

Daha əvvəl "Agence France-Presse" agentliyi 32 nəfərin öldüyü və təxminən 50 nəfərin yaralandığı barədə xəbər verirdi.