ABŞ 16 Səudiyyə Ərəbistanı vətəndaşına ölkəyə giriş qadağası qoyub


Dünya 09 Apr 2019 08:33:00 314 0

ABŞ 16 Səudiyyə Ərəbistanı vətəndaşına ölkəyə giriş qadağası qoyub

ABŞ 16 Səudiyyə Ərəbistanı vətəndaşına ölkəyə girişi qadağan edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

Bəyanatda bildirilir: "7031-ci hissə nəzərdə tutur ki, əgər dövlət katibinin xarici hökumətlərin məmurlarının əhəmiyyətli dərəcədə korrupsiyada və ya ciddi insan hüquqlarının pozulmasında iştirak etmələrinə dair dəqiq məlumatlar varsa, o zaman bu insanlar və onların ailə üzvləri Birləşmiş Ştatların ərazisinə girə bilməzlər".